“Səbail” futbol klubu Bakıda üç yoxlama oyununda gücünü sınayacaq
Bakıda yeni mövsümün hazırlığına start verən “Səbail” futbol klubu təlim-məşq toplanışını Mərdəkan qəsəbəsində yerləşən AFFA Futbol Mərkəzindəki Milli Komandaların Məşq Mərkəzində davam etdirir.

Komanda hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyunu keçirməyi də planlaşdırır. “Səbail” iyunun 29-da “Binə” komandası ilə qarşılaşacaq. İyulun 2-də və 8-də isə eyni rəqiblə - “Sumqayıt”la görüş olacaq.

“Səbail” “Binə” komandası ilə “Dalğa Arena”da üz-üzə gələcək. “Sumqayıt”la iyulun 2-də keçiriləcək yoxlama oyunu “Kapital Bank Arena”da təşkil olunacaq. İyulun 8-də keçirilməsi planlaşdırılan növbəti “Səbail”-“Sumqayıt” qarşılaşmasının məkanı hələ ki dəqiqləşməyib.

Xəbər 573 dəfə oxundu.