“Qarabağ” klubu Avstriyada Rusiyanın “Dinamo” komandası ilə qarşılaşıb
Ağdamın “Qarabağ” futbol klubu Avstriyada təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.

Komandamız Rusiyanın “Dinamo” (Moskva) klubu ilə qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən ilk hissədə hesab açılmayıb. Qarşılaşmanın 62-ci dəqiqəsində rəqibin heyətində Kirill Pançenko fərqlənib. Qalan dəqiqələrdə komandamızın bir neçə dəfə fərqlənməyə şansı olsa da, bu fürsətdən yararlana bilməyib.

Beləliklə, matç rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Ağdam klubu ilk iki yoxlama matçında Rusiya təmsilçisi “Axmat”a 0:1, Bolqarıstanın MOİK komandasına isə 2:5 hesabı ilə məğlub olub.

Xəbər 565 dəfə oxundu.