Bu gün qadın basketbolçular arasında Avropa çempionatının qalibi məlum olacaq
Bu gün qadın basketbolçular arasında Avropa çempionatının final qarşılaşması keçiriləcək.

Çexiyada keçirilən çempionatda qızıl medallar uğrunda görüşdə Fransa və İspaniya yığma komandaları üz-üzə gələcəklər. Üçüncü yer uğrunda qarşılaşma isə Belçika və Yunanıstan milliləri arasında oynanılacaq.

Üçüncü yer uğrunda görüş Bakı vaxtı ilə saat 20-də, final matçı isə saat 22:30-da başlayacaq.

İspaniya finala gedən yolda Belçikaya (68:52), Fransa isə Yunanıstana (77:55) qalib gəlib.

Xəbər 1387 dəfə oxundu.