Formula-1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü başlayıb
İyunun 24-də saat 14:00-da Formula-1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü başlayıb.

Yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.

“Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari”də Sebastian Fettel, Kimi Raykonnen, “Williams”ın heyətində Felipe Massa və Lans Stroll yarışırlar. “Red Bull Racing” komandasında Daniel Rikkiardo, Maks Ferstappen, “Force India”da Eseteban Okon və Serxio Peres, “Renault”da isə Niko Hulkenberq ilə Colion Palmer mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Daniil Kvayt və Karlos Sainz, “Sauber”də Markus Erikson, Antonio Giovinnazzi, Paskal Verleyn, “McLaren”də Fernando Alonso və Stoffel Vandurn yürüşdə iştirak edirlər. Pilotlar Roman Qrojan və Kevin Maqnussen isə “Haas” komandalarının idman şərəfini qoruyurlar.

Yürüş iştirakçıları 1 saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar. Sıralanma turuna isə saat 17:00-da start veriləcək.

İyunun 25-də Formula-1 azarkeşləri Azərbaycan Qran-Prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.

Xəbər 988 dəfə oxundu.