Formula-1 Azərbaycan Qran-Prisi: “Mercedes” komandası cərimələnib
“Mercedes” komandasının pilotu Valtteri Bottas iyunun 23-də Formula-1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşləri zamanı sürət həddini pozduğuna görə cərimələnib.

Pilot Pit-yoluna saatda 90,4 kilometr sürətlə daxil olub. Ancaq burada ən yüksək sürət həddi saatda 80 kilometr müəyyənləşib.

Azərbaycan Qran-Prisinin stüardlarının qərarına əsasən, “Mercedes” komandası min avro məbləğində cərimələnib.

Xəbər 615 dəfə oxundu.