Son rəqib Özbəkistan milli komandasıdır
Qırğızıstanın Bişkek şəhərində keçirilən kişi basketbolçular arasında “Novruz-2012” beynəlxalq turnirində bu gün III turun oyunları baş tutacaq. İdman.com.az saytının məlumatına görə, yarışın ikiqat qalibi Azərbaycan milli komandası Özbəkistan yığması ilə gücünü yoxlayacaq.
İlk 2 görüşündə ABŞ-ın AİA və Qazaxıstanın MOİK klubunu məğlub edən Elxan Əliyevin yetirmələrinin bu dəfə də qələbə qazanacağı proqnozlaşdırılır. Çünki rəqibimiz çox zəifdir və hələ qələbə üzünə həsrətdir.

Xəbər 1043 dəfə oxundu.