Qrossmeyster Azər Mirzəyev Çexiya turnirində irəlidədir
Çexiyanın Çeske Budeyovitse şəhərində şahmat festivalı başlanıb. Festivalın proqramına qrossmeyster balı hesab edilən normada turnir və iki open turnir daxildir.

Ən güclü turnirdə 71 şahmatçı, o cümlədən səkkiz qrossmeyster çıxış edir. Turnir iştirakçıları arasında Azərbaycan qrossmeysteri Azər Mirzəyev də var.

Birinci turdan sonra iki beynəlxalq dərəcəli ustanın – Çexiyadan Pavel Simaçekin və Azər Mirzəyevin aktivində bir xal var. Onlar ikinci turda görüşəcəklər.

Xəbər 767 dəfə oxundu.