Xantı-Mansiyskdə altıncı turda Azərbaycan və Ukrayna yığmaları qarşılaşacaqlar
Xantı-Mansiyskdə komandalar arasında şahmat üzrə dünya çempionatının altıncı turunda Azərbaycanın qadınlardan ibarət yığma komandası Ukrayna yığması ilə görüşəcək.

Bizim komandanın aktivində 4 komanda xalı, onların bugünkü rəqiblərinin hesabında isə 8 komanda xalı var.

Beş turdan sonra vəziyyət belədir: 1-2-ci yerlər - Ukrayna və Rusiya (hərəyə 8 xal), 3-cü yer - Hindistan (7 xal), 4-5-ci yerlər - Polşa və Çin (hərəyə 6 xal), 6-9-cu yerlər - ABŞ, Azərbaycan, Gürcüstan, Vyetnam (hərəyə 4 xal), 10-cu yer - Misir (0 xal).

Dünən çempionatın iştirakçıları dincəlirdilər. Bu gün aşağıda sadalanan matçlar keçiriləcək:

Kişilər: Polşa-Rusiya, Belarus-Norveç, Çin-Ukrayna, Hindistan-Türkiyə, ABŞ-Misir.

Qadınlar: Hindistan-Rusiya, Ukrayna-Azərbaycan, Gürcüstan-Vyetnam, ABŞ-Çin, Polşa-Misir.

Ukrayna və Azərbaycanın qadınlardan ibarət komandalarının matçlarında aşağıdakı cütlüklər qarşılaşacaqlar: Natalya Jukova – Zeynəb Məmmədyarova, İnna Qaponenko – Günay Məmmədzadə, Lulıja Osmak - Ülviyyə Fətəliyeva, Natalya Buksa – Xanım Balacayeva.

Xatırladaq ki, qadınların çempionatında 10 komanda və kişilərin çempionatında 10 komanda çıxış edir.

Xəbər 1052 dəfə oxundu.