“Grand Chess Tour” turnirinin iki günündən sonra Şəhriyar Məmmədyarov üçüncü yerdədir
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Parisdə keçirilən “Grand Chess Tour” turnirinin iki günündən sonra üçüncü yerdədir.

Rapid turnirində 6 turdan sonra 10 toplamış norveçli qrossmeyster Maqnus Karlsen yeganə liderdir. Amerikalı Hikaru Nakamura Karlsendən 1 bal geri qalır, Şəhriyar Məmmədyarov isə 8 xal ilə ilk üçlüyü qapayır. Sonrakı yerləri hərəsi 5 xal toplamış Uesli So (ABŞ) və Aleksandr Qrişşuk (Rusiya), aktivində 6 xal olan fransız Maksim Vaşye-Laqrav, rusiyalı Sergey Karyakin (5), bolqar Veselin Topalov (4), fransız Etyen Bakro (3) və amerikalı Fabiano Karuana (1) tutur. Parisdə keçirilən turnir iyunun 15-də başa çatacaq. Bu gün son üç turun oyunları olmalıdır. Xatırladaq ki, bu turnirdə 10 qrossmeyster rapid üzrə bir dövrə və blits üzrə iki dövrə oynayacaqlar.

Rapid yarışları iyunun 21-dən 23-dək (hər oyuna 25 dəqiqə + hər gediş üçün 10 saniyə), iyunun 24-25-də isə rəqiblər blits üzrə iki dövrə (5 dəqiqə + hər gediş üçün 3 saniyə) keçirəcəklər.

Rapiddə hər qələbəyə görə 2 xal, heç-heçəyə görə 2 xal: blitsdə isə qələbəyə görə 1 xal, heç-heçəyə görə 0,5 xal verilir.

Turnirin ümumi mükafat fondu 150 min dollardır.

2017-ci ildə “Grand Chess Tour” seriyası 5 mərhələdən ibarətdir:

20-25 iyun, Paris, Fransa (rapid və blits),

26 iyun -3 iyul, Belçika (rapid və blits),

31 iyul – 12 avqust, Sent-Luis, ABŞ (klassik şahmat),

13-20 avqust, Sent-Luis, ABŞ (rapid və blits),

dekabr, London, Böyük Britaniya (klassik şahmat).

Xəbər 921 dəfə oxundu.