FIFA referisi Əliyar Ağayev yeni təyinat alıb
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Rusenborq” (Norveç) – “Dundalk” (İrlandiya) oyununa təyinat olub.

Ə.Ağayevə FIFA referi köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov yardım edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Həmin oyun iyulun 18-də və ya 19-da keçiriləcək.

Xəbər 579 dəfə oxundu.