“Sumqayıt” futbol klubu yeni mövsümün hazırlıqlarına başlayıb
“Sumqayıt” futbol klubu 2017/2018-ci illər mövsümü üçün hazırlığa start verib. Komandanın baş məşqçi Samir Abasovun rəhbərliyi ilə “Kapital Bank Arena”da ilk məşqi keçirilib.

Komanda yeni transferlər də daxil olmaqla, tam heyətlə hazırlaşır. Yalnız bərpa prosesi keçən müdafiəçi Vaqif Güləliyev fərdi məşqlərlə kifayətlənib.

Qeyd edək ki, “Sumqayıt” FK hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu iyulun 2-də “Səbail”ə qarşı keçirəcək.

Xəbər 611 dəfə oxundu.