Sumqayıt məktəbliləri ölkə birinciliyinin qalibi olub
Sumqayıt məktəbliləri IX-X sinif şagirdləri arasında ölkə birinciliyinin qalibi adını qazanıb.

İyunun 22-si Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən final qarşılaşmasında Sumqayıt məktəbliləri mingəçevirli həmyaşıdlarını minimal hesabla məğlub etməyi bacarıb.

Üçüncü yer uğrunda oyunda isə Gəncə və Kürdəmir məktəbliləri üz-üzə gəlib. Daha inamlı təsir bağışlayan gəncəlilər rəqibinə 5-1 hesabı ilə qalib gələrək yarışın üçüncüsü olub.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarış dörd zona üzrə təşkil olunub. Final mərhələsində isə 8 komanda mübarizə aparıb.

Final qarşılaşmasından sonra qaliblər mükafatlandırılıb.

Xəbər 1147 dəfə oxundu.