Niko Hülkenberq: Bakı trası cəlbedicidir, biz ona hələ öyrəşməmişik
“Reno” komandasının pilotu Niko Hülkenberq Bakı trası ilə bağlı fikirlərini bölüşüb. “Autosport” Niko Hülkenberqdən sitat gətirərək yazıb: “Bakı trası Formula-1 üçün yeni cəlbedici trasdır. Biz hələ ona öyrəşməmişik. Hamısını öyrənmək üçün vaxt lazımdır, lakin qədim şəhərdən maşınla keçəndə qeyri-adi hisslər keçirirsən. Mən yeni tras və trayektoriyaya kifayət qədər tez uyğunlaşıram, lakin burada hər şey fərqlənir”.

Azərbaycan Qran-Prisi iyunun 23-dən 25-dək keçiriləcək.

Xəbər 605 dəfə oxundu.