Yenə Bakı finalı olacaq
Çellenc kubokunun finalı növbəti dəfə Azərbaycanda keçiriləcək. İdman.com.az saytının məlumatına görə, həlledici oyunda “Lokomotiv” “Bakı” ilə qarşılaşacaq. Bu klublar arasında ilk görüş martın 27-də və ya 28-də, cavab oyunu isə martın 31-də və ya aprelin 1-də baş tutacaq.

Qeyd edək ki, Çellenc kubokunun qızıl medallar uğrunda ötən mövsümdəki mübarizəsi də Azərbaycan komandalarının qarşıdurması ilə yadda qalmışdı. Həmin vaxt “Azərreyl” “Lokomotiv”ə qalib gəlmişdi. “Bakı”, öz növbəsində, bu uğura debütdəcə yetişib.

Xəbər 1029 dəfə oxundu.