Fernando Alonso: Növbəti Formula-1 mövsümü üçün hədəfim yarışın qalibi olmaqdır
Növbəti Formula-1 mövsümü üçün hədəfim yarışın qalibi olmaqdır. Mən komanda seçimi barədə risk etmək istəmirəm. Mən qərarımda qəti olmalıyam.

Bu sözləri iyunun 22-də Bakıda jurnalistlərə müsahibəsində cari mövsüm “McLaren” komandası ilə müqaviləsi başa çatacaq pilot Fernando Alonso deyib.

Pilot deyib: “Komandalardan gələcək təklifləri dəyərləndirməyə hazıram. Mən komandamı çox sevirəm. Son iki-üç il ərzində bir çox addımlar atmışıq. Etiraf etməliyəm ki, “McLaren” hazırda rəqabətədavamlı komanda deyil. Bolidin motoru güclü deyil və biz bununla qalib ola bilmərik. Ancaq komanda hər şeyin yaxşı olması üçün əlindən gələni edir. Ümid edirəm ki, komandamız növbəti mövsüm güclülər sırasında yer alacaq. Gələn ilki karyeram “McLaren”in təkmilləşməsindən asılı olacaq. Əgər komanda motorun sazlanmasında yeniliklərə imza atsa, “McLaren”dəki çıxışımı davam etdirəcəyəm. Ümid edirəm ki, komandamla çempionluq sevinci yaşayacağam”.

Xəbər 559 dəfə oxundu.