Bu gün Konfederasiyalar Kubokunun ikinci turuna yekun vurulacaq
Bu gün Konfederasiyalar Kubokunun ikinci turunun B qrupunda iki qarşılaşma oynanılacaq.

Günün oyunlarında ötən turun qalibləri və məğlubları bir-birilərinə rəqib olacaqlar. Almaniyaya məğlub olan Avstraliya Kamerun yığması ilə qarşılaşacaq. Bu matçda məğlub olan komanda böyük ehtimalla Konfederasiyalar Kuboku ilə erkən vidalaşacaq.

Qaliblərin qarşılaşmasında isə Almaniya Çili ilə üz-üzə gələcək. Böyük həyəcan və gərginlik vəd edən matçın nəticəsi qrup liderinin müəyyənləşməsində də mühüm rol oynayacaq.

Xəbər 1089 dəfə oxundu.