Esteban Okon: Bakıda yüksək nəticə qazanmaq üçün yarışacağıq
Komandamız Formula-1 Azərbaycan Qran-Prisində hansı məqsəd uğrunda mübarizə aparacağını yaxşı bilir. Biz Bakıda yüksək nəticə qazanmaq üçün yarışacağıq.

Bu sözləri iyunun 22-də Bakıda təşkil olunan mətbuat konfransında “Force India” komandasının pilotu Esteban Okon deyib.

O, komanda yoldaşı ilə yaxşı münasibətlərinin olduğunu vurğulayıb: “Komanda yoldaşım məni keçərsə məyus olmaram. Bir-birimizə hörmətlə yanaşırıq. Biz komanda üçün çalışırıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu çıxış edək”.

Xəbər 525 dəfə oxundu.