"Mercedes AMG" komandasının pilotu: Formula-1 Azərbaycan Qran-Prisinə yaxşı hazırlaşmışıq
Formula-1 Azərbaycan Qran-Prisinə yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, Bakıda yüksək nəticə əldə edək.

Bu sözləri iyunun 22-də Bakıda təşkil olunan mətbuat konfransında “Mercedes AMG” komandasının pilotu Valtteri Bottas deyib.

O, sıralanma turundan sonra mövqeyinin yaxşı olmayacağı təqdirdə heç bir problem yaşamayacağını vurğulayaraq deyib: “Mövqeyimin pis olması çıxışıma təsir göstərə bilməz. Əvvəllər də yaxşı olmayan mövqelərdən yarışa başlamışam. Hesab etmirəm ki, bu, mənə nə isə çətinlik yaradacaq”.

Pilot bildirib ki, komanda yoldaşları ilə münasibətləri yüksək səviyyədədir: “Biz bir-birimizi yaxşı başa düşürük. Azərbaycan Qran-Prisində xüsusi planımız var. Bu planla çıxış edərək yüksək nəticə qazanmaq istəyirik”.

Xəbər 552 dəfə oxundu.