“500 mil İndianapolisa” avtoyarışlarının qalibi Formula-1 Azərbaycan Qran-Prisinin üçüncü stüardı təyin olunub
“500 mil İndianapolisa” avtoyarışlarının qalibi, “Tyrell” komandasının sabiq sürücüsü Denni Sallivan Formula-1 Azərbaycan Qran-Prisinin üçüncü stüardı təyin olunub.

Mübahisəli məqamların həllində D.Sallivanla yanaşı, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) komissiya rəshbəri Paul Qutyar və Venesuela İdman Komissiyası Federasiyasının prezidenti Vinçenço Spano da stüard vəzifəsini yerinə yetirəcəklər.

Qeyd edə ki, D.Sallivan cari mövsüm Bəhreyn Qran-Prisinə də dəvət olunub.

Xəbər 533 dəfə oxundu.