FİFA referilərimiz UEFA-dan yeni təyinat alıblar
FIFA referilərimiz UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin oyunlarına təyinat alıblar.

İyunun 19-da keçiriləcək “Kayrat” (Qazaxıstan)–“Atlants” (Litva) oyununun baş hakim Ömər Paşayev olacaq. Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirəcək.

Eyni gündə digər oyun isə Latviyada yerli “Ventspils” və “Valur” (İslandiya) klubları arasında keçiriləcək. UEFA matçı baş hakim Rəhim Həsənova həvalə edib. Onun köməkçiləri Yaşar Abbasov və Vaqif Musayev, qarşılaşmanın dördüncü hakimi isə Rauf Cabbarov olacaq.

Xəbər 625 dəfə oxundu.