Slavko Georgiyevski: «Bizə daha 3-4 qələbə lazımdır»
«Bu oyun xüsusi əhəmiyyət kəsb edirdi. Qalib gəlməklə, biz çempionluq yolunda mühüm addım atmış olurduq. Sevindirici haldır ki, sonda hədəfimizə çatdıq». Bunu idman.com.az saytına açıqlamasında «Neftçi»nin yarımmüdafiəçisi Slavko Georgiyevski bildirdi.

Makedoniyalı futbolçu «ağ-qaralar»ın bu gün səfərdə «İnter»i 2:1 məğlub etdikləri matçdan sonra dedi ki, onlara baş mükafata sahib olmaları üçün 3-4 qələbə də gərəkdir:

«İlk «altılıq» mərhələsində çempionluq yolunda bizə daha 3-4 qələbə lazımdır. Bunu bacarsaq, hədəfə yetişəcəyik. Günü-gündən yaxşı oyun nümayiş etdiririk. İnanıram, sonda arzumuza çatacağıq».

KAMRAN

Xəbər 1140 dəfə oxundu.