Yeniyetmələr arasında stolüstü tennis üzrə ölkə birinciliyinin zona yarışları keçirilib
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkil etdikləri yeniyetmələr arasında stolüstü tennis üzrə ölkə birinciliyinin Şəmkirdə zona yarışları keçirilib.

Birincilikdə şəhər və rayonlardan 2004-cü il təvəllüdlü və daha aşağı yaşlı idmançılar komanda hesabında mübarizə aparıblar. Oğlanların yarışında ilk beş yerə 1 saylı Respublika İdman Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM), Şabran, Salyan, Qaradağ UGİM, Sumqayıt UGİM komandaları müvafiq olaraq ilk sırada qərarlaşıb. Qızların mübarizəsində isə 1saylı RİOEUGİM, Sumqayıt UGİM, Qaradağ UGİM, Şabran, Gəncə komandaları ilk beşlikdə yer alıblar. Bu komandalar yarışın final mərhələsinə vəsiqə qazanıblar.

İyunun 21-24-də Qaxda digər zona üzrə yarışlar təşkil olunacaq. Bu zonada da ilk beş yerin qalibi finala vəsiqə qazanaraq mübarizəni davam etdirəcək.

Xəbər 1184 dəfə oxundu.