“Bakı” Çellenc kubokunun finalına çıxdı - YENİLƏNİB
Bu gün qadın voleybolçulardan ibarət “Bakı” klubu Çellenc kubokunun 1/2 final mərhələsində cavab görüşünə çıxıb. İdman.com.az saytının məlumatına görə, Ancelo Vercesinin rəhbərlik etdiki komanda Almaniyada 3:0 hesabı ilə məğlub etdikləri “Zuhl”lə bu dəfə “Sərhədçi” Olimpiya Mərhəzində qarşılaşır.

Mütəxəssislər, ötən mərhələdə Rusiya “Omiçka”sını üstələmiş “Bakı” klubunun finala çıxmasında elə bir maneə görmürlər. Onlar kollektiv mübarizə aparan paytaxtlılarda baş məşqçi amilini xüsusi nəzərə alırlar. İlk setin böyük üstünlüklə xeyrimizə bitməsi, ehtimalları doğruldur.
Növbəti hissənin əvvvəlində rəqib başa-baş mübarizə aparsa da, sonradan “Bakı” yenidən təşəbbüsü ələ keçirdi.

Çellenc kuboku. 1/2 final. Cavab oyunu
18 mart

20:00. “Bakı” (Azərbaycan) - "Zuhl" (Almaniya) – 3:0 (25:12, 25:22, 25:17)
Hakimlər: Aleksey Skibitski (Ukrayna), Oqnian Tankişev (Bolqarıstan)

İlk oyun: "Zuhl" (Almaniya) – “Bakı” (Azərbaycan) - 0:3 (24:26, 19:25, 17:25)

Xəbər 1237 dəfə oxundu.