Qurban Qurbanov: “Samtredia” beş potensial rəqibdən ən güclüsüdür
Beş potensial rəqibdən ən güclüsü ilə qarşılaşmalı olacağıq. “Samtredia” bizi daha yaxşı tanıyır. Ötən mövsüm rəqibin “Qəbələ” ilə cavab matçında göstərdiyi futbolu gördük.

Bu sözləri Ağdamın “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində komandaya rəqib olan Gürcüstan çempionu “Samtredia” barədə danışarkən deyib.

Q.Qurbanov püşkün nəticələrinə münasibət bildirərkən deyib: “Hazırda Gürcüstanda çempionat davam edir və bu da rəqibin üstünlüyüdür. Biz isə hələ ki, tam heyətlə yığışa bilməmişik. Milli komandalarda olan futbolçular iyunun 20-dən sonra təlim-məşq toplanışına qoşulacaqlar. Çalışacağıq ki, ən qısa zamanda toparlanaraq çatışmazlıqları aradan qaldıraq və oyuna tam hazır olaq”.

Xəbər 598 dəfə oxundu.