“Qarabağ” klubu Rusiyanın “Axmat” komandası ilə yoxlama oyunu keçirəcək
Avstriyada yeni mövsümə hazırlığını davam etdirən Ağdamın “Qarabağ” futbol klubu iyunun 20-də ilk yoxlama oyununu keçirəcək.

Ağdam təmsilçisi Rusiyanın “Axmat” klubu ilə qarşılaşacaq.

Kössen qəsəbəsində baş tutacaq qarşılaşma yerli vaxtla saat 17:00-da start götürəcək.

Qeyd edək ki, bir müddət öncə “Terek” klubu adını dəyişdirərək “Axmat” olub.

Xəbər 581 dəfə oxundu.