Futtenis üzrə birinci Azərbaycan kubokunun açılış mərasimi olub
İyunun 17-də Daxili İşlər Nazirliyinin “Dinamo” İdman Cəmiyyətinin zalında futtenis üzrə birinci Azərbaycan kubokunun açılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Futnet Assosiasiyasının (AFNA) birinci vitse-prezidenti Samir Məmmədov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Aydın Məmmədov yarışda iştirak edən komandalara uğurlar arzulayıblar.

Azərbaycanda idmanın inkişafı və beynəlxalq yarışların ölkəmizdə keçirilməsi xüsusi olaraq vurğulanıb.

Ölkə kuboku yarışlarında komandalar iki qrupda mübarizə aparırlar. Qruplarda ilk 4 yeri tutan kollektivlər dörddəbir final mərhələsinə vəsiqə əldə edəcəklər.

Yarışın final qarşılaşmaları iyunun 18-də keçiriləcək.

Qalib komandalar AFNA tərəfindən kubok, diplom və medalla təltif ediləcəklər.

Xəbər 548 dəfə oxundu.