“Zirə” klubu Haiti yığmasının hücumçusu ilə müqavilə imzalayıb
Türkiyənin Bolu şəhərində məşqlərini davam etdirən “Zirə” daha bir futbolçu ilə güclənib.

Haiti yığmasının hücumçusu Kervens Belfort bundan sonra komandamızın şərəfini qoruyacaq. Futbolçu ilə “1+1” il şərti ilə müqavilə imzalanıb.

Kervens Belfort karyerasına ölkəsinin “Tempete” klubunda başlayıb. Bundan sonra isə o, Fransa, İsveçrə, Kipr, Türkiyə və Hindistan çempionatlarında çıxış edib.

Hücumçunun son klubu İsveç təmsilçisi “Siriyanska” olub.

Xəbər 562 dəfə oxundu.