“Qəbələ” klubu Çeçenistan təmsilçisi “Axmat” ilə qarşılaşıb
Avstriyanın Fulpmes qəsəbəsində təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu ikinci yoxlama oyununu keçirib.

“Qırmızı-qaralar” Rusiyanın “Axmat” klubu ilə qarşılaşıblar.

Görüşün ilk yarısında qapılara qol vurulmayıb. Qarşılıqlı hücumlar edən komandalar fasiləyə bərabərliklə yollanıblar. Oyunun ikinci hissəsinin əvvəlində Rusiya təmsilçisi hesabı açıb. “Axmat”ın vurduğu bu qol görüşdə yeganə olub. Çeçenistan təmsilçisi qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb.

Xatırladaq ki, ilk yoxlama matçında yerli “Fulpmes”ə 8:0 hesabı ilə qalib gələn “Qəbələ” növbəti oyununu iyunun 19-da keçirəcək. “Qırmızı-qaralar” Bolqarıstanın “Botev” klubu ilə üz-üzə gələcəklər.

Xəbər 601 dəfə oxundu.