FIFA-dan Qətərlə bağlı açıqlama
FIFA 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının Qətərdə təşkil olunacağını bir daha rəsmən açıqlayıb.

FIFA Qətərlə bağlı hadisələrdən sonra "DÇ-2022"nin bu ölkədə keçirilməməsi ilə əlaqədar yayılan məlumatlara münasibət bildirib. Ali futbol qurumunun yaydığı rəsmi məlumatda 2022-ci ildə keçiriləcək dünya çempionatına Qətərin ev sahibliyi edəcəyi bir daha qəti şəkildə təsdiqlənib.

Xəbər 561 dəfə oxundu.