Türkiyədə şahmat üzrə beynəlxalq festivalda 120-dən çox oyunçu iştirak edir
Türkiyənin Çeşmə şəhərində beynəlxalq şahmat festivalı davam edir. Festivalda 10-dan çox ölkədən 128 şahmatçı mübarizə aparır.

“A” turnirində Azərbaycanı qrossmeyster Vüqar Rəsulov, beynəlxalq dərəcəli ustalar Ülvi Sadıqov, Bəhruz Rzayev, Nail Bəşirli, FİDE ustası Şəhriyar Rəhmanov və Azər Abdullayev təmsil edir.

3 turdan sonra hərəyə 3 xal toplamış Ülvi Sadıqov, Yuri Solodovniçenko, Andrey Sumets, Sinisa Drajiç, David Maqalaşvili, Vladislav Nevedniçiy və Mixail Ulıbin irəlidədir. 17 iştirakçının, o cümlədən Şəhriyar Rəhmanov, Nail Bəşirli və Vüqar Rəsulovun hərəsinin aktivində 2,5 xal var. Azər Abdullayev və Bəhruz Rzayev isə hərəyə 2 xal toplayıblar.

Şahmat festivalının qalibləri iyunun 18-də müəyyən ediləcək.

Xəbər 635 dəfə oxundu.