Beynəlxalq turnirdə Azərbaycanın 9 boksçusu finala yüksəlib | |
Naxçıvanda təşkil edilən yeniyetmələr arasında boks üzrə “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb. Həlledici mərhələyə Azərbaycan millisinin 9 boksçusu vəsiqə qazanıb. On üç çəki dərəcəsində keçiriləcək finallarda Gürcüstan 5, Özbəkistan və Qazaxıstan hərəyə 4, Macarıstan, Ukrayna, Qırğızıstan, həmçinin yarışa son anda qatılan Rusiya hərəyə 1 idmançı ilə təmsil olunacaq. Yarımfinal mərhələsində məğlub olan boksçular isə bürünc medalla kifayətləniblər. Turnirdə 2 komanda ilə çıxış edən yığmamızın aktivinə artıq 10 belə mükafat yazılıb. Ukrayna və Qazaxıstanın hərəyə 5 idmançısı finala vəsiqə qazana bilməyib. Onlarla yanaşı, Naxçıvandan Qırğızıstanın 3, Özbəkistanın 2 və Gürcüstanın 1 bürünc medalla ayrılacağı da dəqiqləşib. Qeyd edək ki, turnirdə İran millisinin heç bir boksçusu mükafatçılar sırasına düşə bilməyib. |
|
Xəbər 703 dəfə oxundu. |
|
|