“Zirə” klubu Boluda “İnter”i məğlub edib
Boluda təlim-məşq toplanışında olan “Zirə” futbol klubu ilk yoxlama oyununu keçirib.

“Zirə” komandası Bakının “İnter” klubu ilə üz-üzə gəlib.

Qarşılaşmanın taleyi oyunun ilk yarısında həll olunub və “Zirə” komandası 2:0 hesablı qələbə qazanıb. Oyunda Milan Duriç və Orxan Əliyev fərqləniblər.

“Zirə” klubu iyunun 17-də keçiriləcək ikinci yoxlama oyununda Kamerunun “Columbe Sportive” klubu ilə üz-üzə gələcək.

Xəbər 588 dəfə oxundu.