Beynəlxalq turnirdə qalib gələn idmançı ilə görüş keçirilib
Almaniyanın Herni şəhərində kikboksinqin K-1 versiyası üzrə “Fight Vision Europe” beynəlxalq turnirində qalib gələn təmsilçimiz Şikar Bədəlov ilə görüş keçirilib.

Ş.Bədəlov reytinq xarakterli yarışda 13 ölkədən 26 idmançının iştirak etdiyini bildirib. O, turnirdə 75 kiloqram çəki dərəcəsində mübarizə apardığı almaniyalı rəqibi ilə görüşdə qazandığı qələbədən danışıb.

Məşqçisi Kənan Mehdiyev isə Ş.Bədəlovun yarışa hazırlıq prosesi barədə məlumat verib, göstərilən dəstəyə görə Azərbaycan Kikboksinq Federasiyasının minnətdarlığını bildirib.

Ş.Bədəlov bundan əvvəl Almaniyada keçirilən reytinq xarakterli “Qəhrəmanların döyüşü” yarışında da qalib gəlib.

Xəbər 1462 dəfə oxundu.