“Ferrari” və “Mercedes” komandaları Bakıda keçiriləcək yürüşlər üçün eyni şin dəstləri seçiblər
2017-ci ilin Formula-1 yürüşlərində çıxış edən iki ən güclü komanda Azərbaycan Qran-Prisi üçün eyni şinləri seçiblər.

“Mercedes” komandasının pilotları Lyuis Hemilton və Valtteri Bottas, habelə “Ferrari” komandasının yürüşçüləri Sebastyan Fettel və Kimi Raykkonen Bakıda hərəyə 8 dəst “SuperSoft”, 4 dəst “Soft” və 1 dəst “Medium” şinləri alacaqlar.

“Red Bull” komandasının yürüşçüləri Maks Ferstappen və Daniel Rikkardo da hərəsi 8 dəst supersof alacaq, lakin Avstriya komandasında öz pilotları üçün çempionatın liderlərindən 1 dəst artıq “Medium” və müvafiq surətdə 1 dəst az “Soft” şinləri seçiblər. Felipe Massa və Markus Eriksson da hərəyə 2 dəst “Medium” şini alacaq.

Yalnız “McLaren” komandasının pilotları Ferrando Alonso və Stoffel Vandornun hərəsinin 10 dəst “SuperSoft” şini olacaq. Qalan komandaların hər biri öz avtoyürüşçüləri üçün Bakı mərhələsində münasib olan ən yumşaq şinlərin 8-9 dəstini sifariş ediblər.

Pilotlar yürüşdə ən azı 1 dəst “SuperSoft” və ya “Medium” istifadə etməyə borcludurlar. Bundan əlavə, 1 dəst “SuperSoft” ixtisas yarışlarının üçüncü seqmenti üçün ehtiyat saxlanacaq.

Xəbər 672 dəfə oxundu.