Futbol üzrə dünya çempionatının final mərhələsinə ikinci vəsiqəni İran millisi təmin edib
Futbol üzrə İran milli komandası 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqəni təmin edib.

Asiya üzrə seçmə mərhələnin “A” qrupunda keçirdiyi ev oyununda Özbəkistan yığmasına 2:0 hesabı ilə qalib gələn İran millisi mundialda iştirak hüququ qazanıb. Oyunda qolları Sərdar Azmoun (23) və Mehdi Taremi (88) vurublar.

Bununla da qrupda keçirdiyi səkkiz oyunda 20 xal toplayan İran komandası Braziliyadan sonra Rusiyaya yollanacaq ikinci komanda olub.

İran yığma komandası seçmə mərhələdə keçirdiyi səkkiz oyunda öz qapısından top buraxmayıb.

Xəbər 681 dəfə oxundu.