“Zirə” futbol klubu Boluda təlim-məşq toplanışını davam etdirir
“Zirə” futbol klubu Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışını davam etdirir. Baş məşqçi Ayxan Abbasov 10 günlük Bolu toplanışında taktiki-texniki hazırlığa üstünlük verir.

“Zirə”nin yoxlama oyunlarının vaxtları və rəqibləri dəqiqləşib. İyunun 13-də keçiriləcək oyun 17:30-da başlayacaq və rəqib əvvəldən deyildiyi kimi Kamerunun “Columbe Sportive” klubu yox, Bakı “İnter” olacaq. Afrikalılarla isə “qartallar” iyunun 17-də üz-üzə gələcəklər. Bu qarşılaşma saat 17:00-da başlayacaq. İyunun 20-də keçiriləcək Rumıniya təmsilçisi “Vitorul”la oyun isə saat 17:00-da start götürəcək.

Xəbər 594 dəfə oxundu.