Beynəlxalq boks turnirinin iştirakçıları Heydər Əliyev Muzeyində olublar
Naxçıvanda yeniyetmə oğlan boksçular arasında keçirilən “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirinin iştirakçıları iyunun 12-də Heydər Əliyev Muzeyində olublar.

Azərbaycan və Naxçıvan boks federasiyalarının rəsmiləri, yarışa qatılan milli komandaların məşqçi heyəti və üzvləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Sonra onlar ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olublar.

Qeyd edək ki, turnir iyunun 14-də başa çatacaq.

Xəbər 715 dəfə oxundu.