Azərbaycan qrossmeysterinin Çexiyada uğurlu startı
Çexiyanın Teplitse şəhərində şahmat üzrə beynəlxalq open turnir keçirilir. Yarışda 167 şahmatçı, o cümlədən 16 qrossmeyster iştirak edir.

“Open-2017”də iki turdan sonra hər biri iki xal toplamış 28 şahmatçı irəlidədir. Turnir iştirakçılarından 22 şahmatçının, o cümlədən Azərbaycan qrossmeysteri Ülvi Bacaraninin aktivində 1,5 xal var. Azərbaycan təmsilçisi birinci turda qara fiqurlarla oynayaraq yerli şahmatçı Milan Kotvaya qalib gəlib, ikinci turu ağ fiqurlarla şotlandiyalı şahmatçı Endryu Burnetlə heç-heçə başa vurub.

Püşkatmanın nəticələrinə görə, üçüncü turda qara fiqurlarla oynayacaq Ü.Bacarani almaniyalı şahmatçı Stefan Liepoldla qarşılaşacaq.

Teplitsedə “Open-2017” turniri İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Xəbər 569 dəfə oxundu.