“Sumqayıt” Cavid Tağıyev ilə birillik müqavilə imzalayıb
“Sumqayıt” futbol klubu 2017/2018-ci il mövsümü üçün növbəti transferini həyata keçirib.

“Sumqayıt” son olaraq “Zirə”də çıxış etmiş Cavid Tağıyevi heyətinə qatıb. İyirmi dörd yaşlı futbolçu komanda ilə birillik müqavilə imzalayıb.

Qeyd edək ki, Cavid Tağıyev “Zirə”dən başqa, “Turan”, AZAL və “Qarabağ"ın şərəfini qoruyub. O, həmçinin vaxtilə Azərbaycanın U-19, U-21 və “A” millisinin şərəfini qoruyub.

Xəbər 626 dəfə oxundu.