“Qəbələ”nin cüdoçuları Tbilisidə iki medal qazanıblar
Tbilisidə gənc cüdoçular arasında “Zedazeni cup” turniri keçirilib.

Azərbaycan milli komandasının heyətində “Qəbələ” klubunun gənc cüdoçuları da qonşu ölkədə təşkil olunan yarışda qüvvələrini sınayıblar.

Klubun yetirmələri yarışı iki medalla başa vurublar. Rövşən Əliyev (55 kq) və Yaqub Cavadov (66 kq) finaladək bütün rəqiblərini məğlub ediblər. Yalnız həlledici qarşılaşmada məğlub olan cüdoçularımız Tbilisidə gümüş mükafata yiyələniblər.

Xəbər 738 dəfə oxundu.