«Şah» növbəti titul ardınca
Bolqarıstanın Plovdiv şəhərində şahmatçılar arasında şəxsi Avropa çempionatı keçiriləcək. İdman.com.az saytının məlumatına görə, məşqçilərimiz bu yarışda iştirak edəcək heyəti müəyyənləşdiriblər. Martın 20-də start götürəcək mötəbər turnirdə ölkəmizi 14 zəka sahibi təmsil edəcək.

Bunlar Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Vüqar Rəsulov, Azər Mirzoyev, Namiq Quliyev, Cahangir Ağamirov, Kənan İzzət, Bəhruz Rzayev, Zaur Məmmədov, Asif Həsənov və Zaur Ocaqverdiyevdir.
Qitə çempionatı aprelin 1-də başa çatacaq.

Xəbər 1000 dəfə oxundu.