Rafael Nadal onuncu dəfə Fransa açıq turnirinin qalibi olub
İspaniyalı məşhur tennisçi Rafael Nadal Fransa açıq turnirinin qalibi olub.

R.Nadal finalda isveçrəli Stan Vavrinkaya qalib gələrək 10-cu dəfə “Roland Qarros” turnirinin çempionu adını qazanıb. İspaniyalı tennisçi setləri 6:2, 6:3 və 6:1 hesabı ilə üstün başa vurub.

Bununla da R.Nadal “Böyük dəbilqə” turnirlərində on dəfə qalib gələn yeganə tennisçi olub. Bundan başqa, o, bu qələbə sayəsində “Böyük dəbilqə” turnirlərində çempionluq sayını 15-ə çatdırıb. Bu turnir, həmçinin ispaniyalı raketka ustasının bir set belə uduzmadan çempion adını qazandığı üçüncü turnir olub.

Xəbər 1647 dəfə oxundu.