Latviyalı tennisçi Alyona Ostapenko “Rolan Qarros”un çempionu oldu
Latviyalı tennisçi Alyona Ostapenko “Rolan Qarros”un çempionu olaraq “Böyük dəbilqə” turnirlərində ilk titulunu qazanıb. Final matçında A.Ostapenko rumıniyalı Simona Xalepə 4:6, 6:4, 6:3 hesabı ilə qalib gəlib. Oyun 1 saat 59 dəqiqə davam edib.

Simona Xalep “Rolan Qarros” finalında artıq mübarizə aparıb – 2014-cü ildə o, Mariya Şarapovaya uduzub. A.Ostapenkoda isə indiki yarışadək “Böyük dəbilqə” turnirlərində ən yaxşı nəticə “Australian Open-2017”nin 3-cü dövrəsi olub. Qızlar bu oyuna qədər qarşılaşmamışdılar.

AZƏRTAC

Xəbər 678 dəfə oxundu.