Azərbaycan-Şimali İrlandiya oyununa indiyədək 25,5 min bilet satılıb
2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan-Şimali İrlandiya oyununa 25,5 min bilet satılıb.

Oyunun başlanma saatınadək bütün biletlərin satılması gözlənilir.

Azərbaycan-Şimali İrlandiya oyunu saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Millimizin yer aldığı “C” qrupunda Almaniya 15 xalla vahid lideridir. Azərbaycan millisi 7 xalla dördüncü pillədə qərarlaşıb. Şimali İrlandiya 10 xalla ikinci, Çexiya 8 xalla üçüncü, Norveç 3 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncudur.

Xəbər 643 dəfə oxundu.