Şəhriyar Məmmədyarov tələbələrə 50 lövhədə seans verib
Azərbaycan yığmasının lideri, FİDE reytinqində 5-ci yeri tutan şahmatçı, Avropa çempionu Şəhriyar Məmmədyarov Bakıdakı Böyük Britaniya kollecində olub.

Millinin üzvü tələbələrlə görüşərək 50 lövhədə seans verib.

Sonda Vüqar Həşimov Memorialının qalibi Ş.Məmmədyarov gənclərlə xatirə şəkli çəkdirib.

Xəbər 774 dəfə oxundu.