Azərbaycan millisinin Şimali İrlandiya yığması ilə keçirəcəyi oyun üçün start heyəti müəyyənləşib
Futbol üzrə Azərbaycan milli komandasının Şimali İrlandiya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi oyunu üçün heyəti müəyyənləşib.

Bu barədə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki iyunun 9-da keçirdiyi mətbuat konfransında deyib.

O, heyətdə Kamran Ağayev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Pavel Paşayev, Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda, Əfran İsmayılov, Cavid Hüseynov, Dmitri Nazarov və Ramil Şeydayevin yer alacağını bildirib.

Xatırladaq ki, iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan–Şimali İrlandiya matçı saat 20:00-da başlayacaq.

Xəbər 725 dəfə oxundu.