İdman gimnastikası üzrə Azərbaycan birinciliyində iki yaş kateqoriyasında qaliblər müəyyənləşib
Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Azərbaycan birinciliyində iki yaş kateqoriyasında qaliblər müəyyənləşib.

Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, “Ocaq Sport” Klubu, “Neftçi” İdman Klubu, Nizami rayonu İdman Məktəbi, Balakən, Şabran və Sumqayıtı təmsil edən 134 gimnast mübarizə aparır.

Yarışların birinci günündə 2002-2004-cü il təvəllüdlü qızların mübarizəsində Asya Ağayeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Amaliya Ağayeva ikinci, Nurcan Əhmədova isə üçüncü olublar.

2006-2007-ci il təvəllüdlü gimnastların yarışında isə Dəniz Əliyeva qızıl medal qazanıb. Nəzrin Hümbətova yarışı ikinci, Tövsiyyə Babayeva isə üçüncü pillədə başa vurublar.

Xəbər 728 dəfə oxundu.