“Zirə” klubu PSJ-nin yetirməsini heyətinə cəlb edib
Avropa Liqasının təsnifat mərhələsinə hazırlaşan “Zirə” klubu daha bir futbolçu ilə güclənib.

Mərkəzi afrikalı David Manqa “qartallar”ın sıralarına qoşulub. Hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

İyirmi səkkiz yaşlı David Manqa Fransanın PSJ klubunun yetirməsidir. Futbolçu karyerası ərzində Almaniya, İsrail və Serbiyada da çıxış edib. Manqanın son klubu İsrailin “Hapoel Aşkelon” komandası olub.

David 2010-cu ildən Mərkəzi Afrika Respublikasının yığma komandasında çıxış edir.

Xəbər 612 dəfə oxundu.