Bakının “Azərreyl” voleybol klubu macarıstanlı blokçu ilə yollarını ayırıb
Bakının qadınlardan ibarət “Azərreyl” klubu daha bir oyunçusu ilə yollarını ayırıb.

Yeni mövsümdə “Çelenc Cup”da mübarizə aparacaq klub Edina Dobi ilə müqaviləni uzatmayıb. Bu səbəbdən də son 2 ildə Bakı klublarında çıxış edən 30 yaşlı macarıstanlı blokçu Azərbaycandan ayrılıb.

Qeyd edək ki, “Azərreyl” E.Dobidən öncə serbiyalı Danitsa Radenkoviçi heyətindən kənarlaşdırmışdı.

Xəbər 701 dəfə oxundu.