“Qəbələ”nin U-14 komandası beynəlxalq turnirdə beşinci yer uğrunda mübarizə aparacaq
Rusiyanın Kaspiysk şəhərində keçirilən “Caspian Cup” turnirində qrup mərhələsinə yekun vurulub.

“Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası ikinci turda Rusiya təmsilçisi “Ramzan”a 0:5, növbəti turda isə “Krasnodar”a 1:2 hesabı ilə uduzub. Rusiyalılarla sonuncu qarşılaşmada hesabı 13-cü dəqiqədə Mehrac Baxşəliyev açıb. Bu qoldan 1 dəqiqə sonra Krasnodarın eyniadlı təmsilçisi bərabərliyi təmin edib. Rusiyalıların qələbə qolu isə 60+5-ci dəqiqəyə təsadüf edib. İlk turda “Rostov”a 0:1 hesabı ilə uduzan “qırmızı-qaralar” qrup mərhələsini 4-cü pillədə başa vurublar.

Birgünlük istirahətdən sonra – iyunun 10-da yarımfinal, həmçinin 5-8-ci yerlər uğrunda matçlar keçiriləcək. “Qəbələ” 5-ci yer uğrunda mübarizə aparacaq.

Xəbər 613 dəfə oxundu.